Respublika Uşaq Kitabxanası bölgələrdə səyyar kitab sərgisinə başlayır
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq kitab karvanı bölgələrdə” layihəsi çərçivəsində səyyar sərgi keçiriləcək.
Sərgi noyabrın 6-da Salyan, 7-də Neftçala, 8-də Biləsuvar və 9-da Sabirabad rayonlarında təşkil ediləcək. Səfər çərçivəsində uşaq yazıçıları Gülzar İbrahimova, Sevinc Nuruqızı, Ələddin Əsədov, Aygün Bünyadzadə və Reyhan Yusifqızının oxucularla görüşü də nəzərdə tutulur.
AZƏRTAC
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!