“44 gün zəfərə doğru” kitabı işıq üzü görüb

 
Yazıçı, jurnalist Tural Cəfərlinin yeni kitabı işıq üzü görüb.

Edebiyyatqazeti.az  xəbər verir ki, “44 gün zəfərə doğru” adlanan kitabda 44 günlük Vətən müharibəsinin xronologiyası, baş verən döyüşlər və hərbi əməliyyatlar haqqında, Azərbaycan ordusunun uğurlu nəticələri, xüsusi təyinatlı qüvvələrin həlledici rolu və müharibənin yekunu olaraq 10 noyabr bəyanatının müddəaları yer alıb.

Eyni zamanda müharibənin gedişi zamanı beynəlxalq aləmin baş verənlərə reaksiyaları, dünya media qurumlarının hadisələri müxtəlif prizmalardan işıqlandırması öz əksini tapıb. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitab “Mücrü” nəşriyyatında çap olunub.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!