Elçin Hüseynbəylinin yeni hekayələr kitabı çap olunub

 

Tanınmış yazıçı, dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin "O gözəllər ki vardı..." hekayələr kitabı çap olunub.

Kitaba on altı hekayə daxildir. "Ulduz" jurnalı ilə "Mücrü" nəşriyyatının birgə layihəsi olan kitab "Qaraçuxanın bəyaz edelveysi" adlı müsahibə ilə başlayır. “Ön söz” əvəzi yerinə verilən müsahibəni cavan şair Taleh Mənsur "Ulduz" jurnalının "Yazı masası" rubrikası üçün hazırlayıb.

Layihənin rəhbəri şair Qulu Ağsəs, redaktoru Dürdanə İbrahimova-Hüseynbəyli, dizayn və qrafikanın müəllifi Fərid İlhamdır.

“Mücrü” nəşriyyatı hesab edir ki, bu, “hamının oxumaq istədiyi kitab”dır. Kitabı Bakıdakı kitab mağazalarından əldə etmək olar.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!