"Yarımçıq əlyazma" Kamal Abdullanın yapon oxucusuna təqdim edilən ikinci romanıdır.
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Yaponiyanın “Suseyşa” nəşriyyatında “Səbirsiliklə gözlənilən əsər” seriyasında çap olunub.
Kitabın üz qabığında yapon dilində “Kitabi-Dədə Qorqud” dastanının itmiş əlyazması” qeydi öz əks olunub.
Romanı yapon dilinə Vaseta Universitetinin professoru İto İçiro çevirib.
Bundan əvvəl alim və tərcüməçi Takayuki Murakaminin tərcüməsində müəllifin “Sehrbazlar dərəsi” romanı da Yaponiyada nəşr edilmişdi.
Qeyd edək ki, roman müxtəlif illərdə Rusiya, Polşa, Fransa, Türkiyə, Braziliya, Amerika, Avstriya, Qazaxstan, Gürcüstan, Misir, İtaliya və s. ölkələrdə çap olunub. Roman təkcə Azərbaycanda deyil, Rusiya, Türkiyə, Fransa və İtaliyada da təkrar çap edilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!