Hüseyn Cavidə həsr olunmuş tədbir keçirilib - Gündəm

Bu gün Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin akt zalında Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə qonaq qismində Sumqayıt Poeziya Evinin rəhbəri İbrahim İlyaslı, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, Kollecin müəllim və tələbə heyəti istirak edib.

Tədbiri giriş sözü ilə kollecin təlim-tərbiyə işləri üzrə direktor müavini Mehman İsmayılov açaraq Azərbaycan Respublikası Prezidentinin sərəncamına görə Hüseyn Cavidin 135 illik yubiley tədbirinin Kollecdə də qeyd olunmasının məqsədəuyğunluğundan danışıb. Sonra tədbirin təşkilatçısı, gənc yazıçı Günel Eyvazlı Hüseyn Cavid haqqında fikirlərini iştirakçılarla bölüşərək tədbirin bədii hissəsini açıq elan edib.

Tədbirdə Hüseyn Cavidin müxtəlif illərdə qələmə aldığı şeirləri, qəzəlləri söylənilmiş, “Topal Teymur” pyesindən bir hissə tələbələr tərəfindən  səhnələşdirilmiş, şairin həyatından bəsh edən kadrlar, repressiya qurbanına çevrilən dəyərli ziyalılarımıza həsr olunmuş videoçarx nümayiş olunmuş və qonaqlar çıxış etmişlər.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!