Leyla Əliyevanın şeirləri Bolqarıstan ədəbiyyat portalında

 

Bolqarıstanın populyar “meridian27.com” ədəbiyyat portalı və Dünya Bolqar Yazıçıları Liqasının rəsmi feysbuk səhifəsi “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın bolqar dilinə tərcümə olunmuş “Nədən qəfil pis oldum?”, “Sən sönməyən alovsan” şeirlərinin yayımına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən Edebiyyatqazet.az -a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin bolqar dilinə tərcümə müəllifi – tanınmış bolqar şairi Dmitr Xristovdur.

Qeyd edək ki, 2002-ci ildən “Libra Skorp” kitab nəşriyyatının elektron jurnalı kimi fəaliyyət göstərən “meridian27.com” portalı və Dünya Bolqar Yazıçıları Liqasının feysbuk səhifəsi mütəmadi olaraq dünya ədəbiyyatının aparıcı nümunələrini işıqlandırır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!