İmzalı 100 kitab - Gündəm

“Simon & Schuster” amerikan nəşriyyatı ədəbiyyat üzrə 2016-cı il Nobel mükafatı laureatı Bob Dilanın nitqini kitab halında çap edib.

Daha dəqiqi, 32 səhifəlik nəşr halında məruzə çoxdandır ki, həm kağız, həm də elektron formada satışdadır. Yenilik isə bundadır ki, yalnız 100 tirajla çıxan yeni nüsxənin hər birini müəllif şəxsən imzalayıb.

Adi məruzə-kitabın qiyməti 17 dollar olduğu halda, imzalı kitab 2500 dollaradır. Qiymətli nüsxəni yalnız telefonla sifariş edərək almaq mümkündür.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!