Prezident İlham Əliyevə doğum günü təbriki - Çingiz ABDULLAYEV

 

Hörmətli cənab Prezident! İcazənizlə Sizi yubileyiniz münasibətilə təbrik edim!

Keçən il hamımız - Siz və bütün Azərbaycan xalqı ən gözəl hədiyyəni aldıq. Qarabağın düşmən tapdağından azad edilməsi uğrunda şəhidlərimizin və qazilərimizin rəşadət və qəhrəmanlıq salnaməsi hər birimiz üçün müqəddəsdir. Ancaq xalqımızın azadlıq yürüşünün başında məhz Siz olmusunuz. Siz mümkün olmayanı bacardınız. Siz xalqımızın tarixində, dünya tarixində ulu atanızla yanaşı qalacaqsınız. Mən Sizin kimi ağıllı, savadlı, erudit, intellektual prezidentimiz olduğu üçün fəxr edirəm! Siz mənim kitablarımı oxuduğunuza görə mən qürur hissi keçirirəm! Sizə və xanımınıza nəvələrinizin toyunu görməyi arzulayıram. Qədirbilən Azərbaycan xalqı Qarabağın azad olunması üçün şəxsən Sizin göstərdiyiniz fədakarlığı heç vaxt unutmayacaq. Sizə uzun ömür, cansağlığı arzulayıram!

Hörmət və heyranlıqla Azərbaycan Respublikasının vətəndaşı Çingiz Abdullayev.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!