AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd Beynəlxalq Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilib.
Vüqar Əhməd bu mükafata Azərbaycan və rus xalqları arasındakı ədəbi əlaqələrin tədqiqinə verdiyi töhfələrə, ümumiyyətlə, ədəbiyyatın, mədəniyyətin və incəsənətin inkişafındakı xidmətlərinə görə layiq görülüb.
Beynəlxalq Elm və İncəsənət Akademiyasının (Paris) Rusiya Nümayəndəliyinin (Moskva) rəhbəri, akademik A.N.Qriçenko Vüqar Əhmədə elm və incəsənətin inkişafındakı xidmətlərinə görə akademiyanın müxbir üzvü elmi adına layiq görüldüyünü bildirib və təbrik məktubu göndərib.
science.gov.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!