Filologiya üzrə fəlsəfə doktoru, şairə Sona Vəliyevanın "Ruhun yaddaşı” adlı yeni kitabı çap olunub.
Kitab - "Elm”, "Ədəbiyyat”, "Hüseyn Cavid”, "Sənət”, "Kitab", "Mətbuat tarixi və media”, "Portret”, "Rəy”, "Müsahibələr” bölmələrindən ibarətdir. "Zərdabi” nəşriyyatında çap olunan kitabda Sona Vəliyevanın elm, mədəniyyət, ədəbiyyat, media tarixi və görkəmli ziyalılarımız haqqında fərqli dünyagörüşünü, düşüncə tərzini ehtiva edən esseləri, məqalələri, araşdırma yazıları toplanmışdır. Müsahibələrinin də yer aldığı nəşrdə Sona Vəliyevanın keçdiyi həyat yolu, sənət və ədəbiyyata münasibəti, mediamızın inkişafındakı uğur izləri ilə tanış ola bilərsiniz.
artkaspi.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!