Azərbaycan Yazıçılar Birliyi katibliyinin növbəti iclasında üzlük haqqı məsələsinə baxılmış və qərara alınmışdır:
- AYB üzvlərinin 2019-ci ilin sonunadək olan üzvlük borcları silinir;
- 2020 və 2021ci illərə görə üzvlük haqqının ödənilməsi üçün 30 yanvar 2022-ci il tarixinə qədər vaxt verilir. Üzvlük haqqı illik 15 manatdır;
- Üzrlü səbəb olmadan bu müddətə qədər üzvlük haqqı ödəməyən AYB üzvlərinin təşkilatda qalmaqları məsələsinə baxılacaq;
Bildiririk ki, üzvlük haqqı Birliyin mühasibatlığına ödənməlidir. Müəyyən səbəblərdən Bakıya gələ bilməyən, yaxud kənarda yaşayan AYB üzvləri ödənişləri aşağıdakı bank kartına (kart Birliyin əməkdaşı Zəhra Namazlının adınadır) köçürməli və köcürmənin qəbzini göstərilən telefon nömrəsinə (whatsApp) öz ad və soyadlarını qeyd edərək göndərməlidirlər:
6768 6771 7872 1035 / Kapital Bank / Zahra Namazlı
telefon: (+99451) 507-15-17
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!