Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu Azərbaycan Dillər Universitetinin baş müəllimi, rumın dili mütəxəssisi və Rumın Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Yosefina Blazsan-Battonu qəbul edib. Görüşdə tarix üzrə fəlsəfə doktoru, Babeş-Bolyay Universitetinin doktorantı və "Azərbaycan-Rumıniya mədəni əlaqələri"nin araşdırıcısı, yazıçı, tərcüməçi Jalə İsmayıl da iştirak edib.
Görüş zamanı Azərbaycan-Rumıya ədəbi əlaqələri, görülmüş və görülə biləcək işlər, Azərbaycan ədəbiyyatının rumın dilinə, rumın ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi və nəşri imkanları müzakirə edilib. Ədəbi əlaqələrin inkişafının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!