Azərbaycanlı yazıçının hekayəsi İranın ədəbiyyat portalında

 

Müasir Azərbaycan nəsrinin tanınmış simalarından olan Azərbaycan yazıçısı Əlabbas Bağırovun hekayəsi İranın məşhur ədəbiyyat portalında - www.piadero.ir yayımlanıb.

Yazıçının fars dilində nəşr olunan “Gözəl” hekayəsi günümüzün ictimai-siyasi həyatı ilə eynilik təşkil edir. Hekayənin əsas qəhrəmanı Gözəl erməni əsirliyində olmuş Azərbaycan qadınıdır. O, əsrlik həyatının məşəqqətləri və geri döndükdən sonra qarşılaşdığı tənələrlə, yersiz qınaqlarla üz-üzə qalaraq əzablı bir həyat yaşayır...

Erməni vandalizminin əsl mahiyyətini incə çalarlarla oxucuya çatdıran hekayə tanınmış iranlı tərcüməçi Əkbər Əlyar Həmidi tərəfindən tərcümə olunub. Böyük Azərbaycan şairi Hüseyn Cavidin əsərlərini ilk dəfə fars dilində tərcümə edən Əkbər Əlyar Həmidi ölkəsində istedadlı şair və yazıçı kimi tanınır.

Sayt həmçinin yazıçı Əlabbas Bağırovun bioqrafiyasını, keçdiyi yaradıcılıq yolunu da farsdilli oxucular çatdırır.

Qeyd edək ki, yazıçının 1992-ci ildə qələmə alındığı “Gözəl” hekayəsi farscadan əvvəl rus, ingilis, türk, qazax, qırğız və gürcü dillərinə tərcümə olunub və xarici ölkələrdə geniş yayılıb.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!