AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent, füzulişünas alim Zəki Bayram Yurdçunun (Zəkulla Bayramlı) Təbrizdə kitabı işıq üzü görüb.
Ədəbiyyat İnstitutundan Edebiyyatqazeti.az-a bildirilib ki, “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin rəhbəri olan Zəkulla Bayramlının “Mən səni neyləyim...” şeirlər kitabı İranda fars əlifbası ilə nəşr olunub.
Kitabı çevirən Tanay Şərqidərəcəkdir. “Aydın kitab” nəşriyyatında yayımlanan kitab min nüsxə ilə çap edilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!