Elşad Baratın şəhidlərə həsr etdiyi "Ölümsüzlər" kitabı çap olundu

 
 
Elşad Baratın şəhidlərə həsr etdiyi şeirlərdən ibarət "Ölümsüzlər" adlı kitabının I cildi işıq üzü görüb.
 
Edebiyyatqazeti.az xəbər verir ki, kitabda 100-ə yaxın şəhidə həsr olunmuş şeirlə yanaşı, hər şəhid haqqında ətraflı məlumat və şəkillər yer alır. 
 
Kitaba millət vəkili Adil Əliyev, Xalq şairi Sabir Rüstəmxanlı və şair Ağacəfər Həsənli ön söz yazıb. 
 
Qanun Nəşriyyatında çap edilən kitabın redaktoru Əsəd Cahangirdir.
 
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!