Kulisdə “İlin hekayəsi” müsabiqəsi - Şərtlər

 

Kulis.az “İlin hekayəsi” müsabiqəsinə start verir.

 

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

 

1. Hekayələr bu il (2021-ci ildə) yazılmış olmalıdır.

 

2. Mövzu və yaş məhdudiyyəti yoxdur. Daha əvvəl dərc olunmuş hekayələr də müsabiqədə iştirak edə bilər.

 

3. Hekayə qəbulu bu gündən başlayaraq bu ilin dekabr ayının 10-a qədər davam edəcək. Qeyd olunan tarixdən sonra göndərilən hekayələr müsabiqəyə qəbul edilməyəcək.

 

4. Müsabiqə üçün göndərilən bütün hekayələr Kulis.az saytında dərc olunacaq. Qaliblər təyin olunmuş münsiflər tərəfindən seçiləcək. Münsiflərin adı gizli saxlanılacaq. Qaliblərin adları bəlli olduqdan sonra münsiflər heyətinin də adları açıqlanacaq. Hekayələr münsiflərə anonim imza ilə təqdim olunacaq. Qaliblərdən biri Kulis.az saytının oxucuları tərəfindən seçiləcək.

 

5. İştirakçılar hekayə ilə birlikdə özləri haqqında məlumatı (ad, soyad, ata adı, təhsil səviyyəsi, əlaqə nömrələri, fotoşəkil) [email protected] ünvanına göndərməlidirlər. Hekayənin müsabiqə üçün göndərilməsi mütləq qeyd olunmalıdır.

 

6. Hər iştirakçı yalnız bir hekayə göndərə bilər.

 

7. Qaliblərin adı 2021-ci il dekabrın 29-da açıqlanacaq. Mükafatlandırma mərasimi həmin gün saat 15.00-da APA Holdinqdə keçiriləcək.

 

Mükafatlar:

 

Birinci yerin qalibi - 1000 manat,

 

İkinci yerin qalibi - 800 manat,

 

Üçüncü yerin qalibi - 500 manat pul mükafatı ilə mükafatlandırılacaq.

 

Kulis.az oxucuları tərəfindən onlayn formada seçiləcək qalib isə 300 manat pul mükafatı ilə mükafatlandırılacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!