Elçin Hüseynbəylinin yeni romanı çap olunub

 

Tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin “Vida” romanı işıq üzü görüb. Kitab “Qələm” nəşriyyatında nəfis dizaynla çap olunub.

“Vida” romanı müəllifin məşhur “Gözünə gün düşür” hekayəsi əsasında yazılıb və “doğulduğun yerdə ölməli” ideyasına söykənir.

Romanın süjeti psixoloji-dramatik fabula ilə müşayiət olunur. Yurdu erməni tapdağında olan məşhur və xəstə həkim doğma kəndinə gedir. Onun məqsədi babasının vəsiyyətinə əməl etmək, doğulduğu yerdə ölmək, amma ondan qabaq bir ağac əkməkdir.

Erməni hərbçiləri həkimi əsir götürürlər...

Yazıçı bu dəfə də öz üslubuna sadiq qalıb: bədii dillə danışıq dili sintez olunub, təhkiyəsi şirin və axıcıdır...

Nəşrin rəhbəri Pərviz Əyyubov, redaktoru Dürdanə İbrahimova-Hüseynbəyli, dizayneri Ömər Məmmədovdur.

 

medeniyyet.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!