Insomniac Dreams. Experiments with Time by Vladimir Nabokov
Noyabr ayında Priston universitetinin nəşriyyatında çap olunacaq Insomniac Dreams. Experiments with Time by Vladimir Nabokov (“Yuxusuzluqdan əziyyət çəkənin yuxuları. Vladimir Nabokovun zamanıyla eksperimentlər") kitabında ilk dəfə olaraq Vladimir Nabokovun yuxuları haqqında qeydləri yer alacaq. Yazıçı ömrü boyunca yuxusuzluqdan əziyyət çəkmiş və nadir hallarda gündə 4 saatdan artıq yatmışdır.
1964-ci ildə britaniyalı filosof Con Uilyam Dannın çin çıxan yuxular haqqında "Zamanla Eksperiment" essesinin təəssüratları altında Nabokov ayılandan dərhal sonra bütün yuxularını yazmağa başlayıb.
Kitabda Nabokovun gündəliklərindən 64 qeydi yer alıb. 90 gün ərzində yuxularını qeydə alan yazıçı burada həm də öz arzularından və yuxularının onun yaradıcılığına təsirindən bəhs edir. Nəşri çapa ədəbiyyatşünas, tərcüməçi Gennadi Barabtarlo hazırlayıb. O, həmçinin Nabokovun “Laura və onun orijinalı” adlı son yarımçıq romanını da ingilis dilindən rus dilinə tərcümə etməsi ilə tanınır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!