Xalq yazıçısı Anarın Prezident İlham Əliyevə təbriki - Mətn

 

Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə

Hörmətli cənab Prezident!

Türk dünyasının ən yüksək mükafatına layiq görüldüyünüzə görə Sizi ürəkdən təbrik edirəm.

Bu mükafatı Siz türk ölkələrinin birləşməsi və bütövləşməsi yolunda yorulmaz fəaliyyətinizlə qazanmısınız. Bu mükafatı Siz Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşündən sonra xalqımızın başını ucaltmağınızla qazanmısınız. Bu mükafatı Siz ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" ideyasını bacarıqla həyata keçirməyinizlə qazanmısınız.

O da bizi fərəhləndirir ki, bu mükafat tarixi bir günə - Türk Dövlətləri Şurasının yaranması gününə təsadüf edir. Altı müstəqil türk dövlətinin hər birinin öz müstəqilliyini, öz dilini qorumaqla, eyni zamanda qardaşlıq əlaqələri ilə birləşməsi neçə-neçə nəsil Azərbaycan yazıçısının da ən böyük arzusu olub. Belə bir arzuya görə keçən illərin neçə görkəmli yazıçısı, şairi təqiblərə, təzyiqlərə məruz qalıb. Bu gün azad, müstəqil Azərbaycanın yazıçılar təşkilatı xalqlarımızın ədəbi-mədəni əlaqələrinin möhkəmlənməsi yolunda fəaliyyət göstərir və bu işdə Sizin ardıcıl siyasətinizi dəstəkləyir.

Sizi bir daha ürəkdən təbrik edirəm.

Anar

Azərbaycan Yazıçılar Birliyinin sədri,

Türkdilli Ölkələrin Yazarlar Birliyinin başqanı

12.11.2021


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!