“Qarabağ Zəfəri – 44 günün pərdəarxası” kitabı nəşr olunub

 

Dövlət Tərcümə Mərkəzi 44 günlük Vətən müharibəsinin xronologiyasını əks etdirən nəfis tərtibatlı “Qarabağ Zəfəri – 44 günün pərdəarxası” kitabını nəşr edib.

Tərcümə Mərkəzindən bildirilib ki, hadisələrin döyüş səhnələri ilə təsvir olunduğu kitab, münaqişənin yaranma səbəblərinin geosiyasi kontekstdə araşdırılması ilə yanaşı, Zəfərə aparan yolun gedişatını, qardaş Türkiyənin Azərbaycana böyük siyasi və mənəvi dəstəyini, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi ilə müzəffər Azərbaycan Ordusunun müharibədə qazandığı tarixi Qələbənin detallarını xronoloji ardıcıllıqla əks etdirir.

Kitabın müəllifi Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Attar, türk dilindən tərcümə müəllifləri – Nəriman Əbdülrəhmanlı, Kəmalə Ələkbərova, Rəbiqə Zeynalova, redaktoru – Etimad Başkeçiddir.

Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!