Bu günlərdə «Qobustan» Sənət Toplusunun payız sayı işıq üzü görüb. Dərgidə sənətin müxtəlif sahələrinə aid esselər, araşdırma yazıları, müsahibələr yer alıb:
- Xalq yazıçısı Anarın əziz müəllimi haqqında səmimi yazısı: Сəfər Cəfərovun çətin taleyi... Ziqzaqlı ömür yolu...
- Pərvin Mövlud Süleymanlının yepyeni "Dəyirman"ını təqdim edir...
- Xalq yazıçısı Mövlud Süleymanlının 50 il gizlətdiyi əlyazması, "Dəyirman" povestinin ardı bu sayda yer alıb...
- Akademik İsa Həbibbəylinin mərhum bəstəkar haqqında xatirələri...
- Xalq şairi Mikayıl Abdullayevin 100 illiyi dərginin rəngli səhifələrində qeyd olunur...
- Sevilən şair Fikrət Qocanın xanımı ömür-gün yoldaşına aid aid kövrək xatirələrini bölüşür...
- Türk yazıçısı İmdat Avşar İstanbulu Qərblilərin gözü ilə şərh edir...
- Gənclər "Soyuq günəş" filmini müzakirə edirlər...
- Narıngül Nadir tarın tarixinə nəzər salır...
- Məlahət Əliyeva fotoların dilə gətirdiyi həqiqəti bölüşür...
- Xəyalə Zərrabqızı "Bəbə səhnəsi"nin sehrindən danışır...
- Aynur Hilali təzə əsrin köhnə bəlasının - Xəsisliyin ədəbiyyatdakı əksini araşdırır...
- Şəhid dostunun heykəlini yapan Gənc heykəltəraş Fərid Məmmədovun müsahibəsi...
- Vahid Qazi xatirələrindəki Şuşadan, Ramil Əhməd ilk dəfə ayaq basdığı doğma şəhərindən danışır...
- Zülfiyyə Qəniyeva "Qurama"sında kiçik, amma maraqlı faktlar...
Bütün bunları “Qobustan”ın payız sayında oxumağa tələsin!
Dərgini AYB-nin 4-cü mərtəbəsindən, “Qobustan” redaksiyasından əldə edə bilərsiniz.
ayb.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!