Milli Kitabxanada tarixi Zəfərimizə aid kitabların təqdimatı olacaq

 

Noyabrın 4-də Azərbaycan Milli Kitabxanasında “Vətən müharibəsinin möhtəşəm zəfəri” adlı tədbir və “Qarabağ dastanı: Otuz ilin həsrəti – 44 günün zəfəri”, “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı: Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşəcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!