Şair Məmməd İsmayıl dünya şeir festivalında

 

21-24  oktyabr tarixləri arasında Makedoniyanın  Tetove şəhərində iyrimi beşinci “Naim Günləri” Beynəlxalq Poeziya Festivalı keçirilmişdir. Şimali Makedoniya və Albaniyanın müxtəlif şəhərlərində davam edən bu yubiley festivalına həmyerlimiz şair Məmməd İsmayıl da dəvət edilmişdi. 

Festivalda Konqo, Argentina, Kolumbiya, Almaniya, Bolqarıstan, Norveç, Polşa, Hindistan, İngiltərə,Türkiyə, İtaliya, Kosova və başqa ölkələrdən gələn qırxdan çox şair iştirak etmişdir. 

Festival iştirakçılarının şeirlərindən ibarət “Külək simfoniyası” adlı kitab alban dilində nəşr edilmişdir. Kitaba Məmməd İsmayılın yaradıcılıq fəaliyyətinə aid geniş məqalə və “Tanrı bilər”, “Tərəddüdlər”, “Unutduğun yerdəyəm”, “İlham” və “Görəsən” şeirlərinə  yer verilmişdir. Şeirləri alban dilinə kosovalı  şair J.Kelmendi tərcümə etmişdir.

Onu da qeyd edək ki, bundan əvvəl 2018-ci ildə J.Kelmendi M.İsmayılın Kosovada alban dilində bir kitabını nəşr etdirmişdi. Kitab istər Kosova, istərsə də Albaniya  mətbuatdında geniş işıqlandırılmış, haqqında məqalələr yazılmışdı. Elə həmin il Məmməd İsmayıl bu kitabına görə, Kosovanın ən önəmli “Azəm Shkrelit” mükafatına layiq görülmüşdür.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!