“Azərbaycan-Ukrayna ədəbi əlaqələri bizim üçün xüsusi önəmə malikdir”

 

Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovu qəbul edib.

Görüşdə Azərbaycan-Ukrayna arasındakı ədəbi mübadilə işinin vəziyyəti müzakirə edilib, indiyədək görülmüş çoxsaylı işlər gözdən keçirilib, ədəbi əlaqələrin inkişafının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Birgə görüləcək işçi plan hazırlanıb ki, bu da həm Ukraynada yaşayan azərbaycanlıların Ukrayna mədəniyyəti ilə tanışlıq səviyyəsinin artırılmasına, eyni zamanda ədəbiyyatların qarşılıqlı tanıdılmasına xidmət edəcəkdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!