Nizami Gəncəvi portuqal dilində - Gündəm

Nizami Gəncəvinin aforizmləri portuqal dilində təqdim edilib

Oktyabrın 23-25-i Azərbaycan, Türkiyə və Qazaxıstanın Braziliyadakı Səfirliklərinin birgə təşkil etdikləri ortaq Türk mədəniyyətinin təbliğinə dair silsilə tədbirlər çərçivəsində, Braziliya Federativ Respublikasının Milli Konqresində, Braziliya senatında Azərbaycan-Braziliya parlamentlərarası dostluq qrupunun sədri Kristovam Buarkenin iştirakı ilə Nizami Gəncəvinin aforizmlərindən ibarət kitabın portuqal dilinə tərcümə edilən nəşrinin təqdimetmə mərasimi keçirilib.

“Zaman üzərindən bir körpü” (Uma ponte sobre o tempo) adlı nəşrdə, görkəmli Azərbaycan mütəfəkkirinin əsərlərindən seçilən aforizmlər yerli ictimaiyyət arasında Azərbaycan ədəbiyyatına maraq oyatdıb.

Tədbirdə, Parlamentarilər, diplomatik korpus üzvləri, yerli ictimaiyyətin, elmi dairələrin və mətbuatın nümayəndələri iştiarak elər.

trend.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!