TÜRKSOY şairlər şöləni keçiriləcək

 

Böyük türk şairi Yunus Əmrənin vəfatının 700 iliyinə həsr edilmiş şairlər şöləni keçiriləcək.

TÜRKSOY-un təşkilatçılığı, TİKA və Özbəkistanın Xarəzm vilayəti İcra Hakimiyyətinin dəstəyi ilə düzənlənən şölən oktyabrın 12-dən 15-dək Özbəkistanın Xivə şəhərində baş tutacaq.

Tədbirə Özbəkistanla yanaşı, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və bir sıra türk topluluqlarının şairləri, ədəbiyyatşünaslari qatılacaq.

Sözügedən şöləndə Azərbaycanı Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı və Dünya Gənc Türk Yazarlar Birliyinin başqan yardımçısı, "Ulduz" jurnalının şöbə redaktoru, şair Taleh Mansur təmsil edəcək.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!