Milli Kitabxanada “Şərqşünas alim Aida İmanquliyeva” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

 

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Şərqşünas alim Aida İmanquliyeva” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə görkəmli şərqşünas alimin müəllifi olduğu kitablar, haqqında yazılan kitab və məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.

Qeyd edək ki, bu gün görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın doğum günüdür. Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin beynəlxalq aləmdə tanınmasında misilsiz xidmətləri ilə yadda qalıb. Onun adı şərqşünaslıq, eləcə də qərbşünaslıq problemlərini Şərq-Qərb münasibətləri kontekstində tədqiqata cəlb edən, şərqşünaslığımızda yeni elmi təhlil istiqamətini müəyyənləşdirən, bu sahədə ilk dəfə müqayisəli metodun tətbiqi ilə tədqiqatların effektivliyini artıran, ümumilikdə yeni şərqşünaslıq məktəbinin əsasını qoyan alim kimi elm tariximizə qızıl hərflərlə yazılıb.

Aida xanım ölkəmizdə ərəbşünaslıq üzrə ilk qadın elmlər doktoru, professor kimi ixtisaslı kadrların hazırlanmasında böyük xidmətlər göstərib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!