Fərid Hüseyn "Povelja Morave" beynəlxalq ədəbi mükafatına layiq görülüb - FOTOLAR

 

Şair Fərid Hüseyn Serbiyada Balkan və ətrafı ölkələrdə böyük nüfuza malik olan "Povelja Morave" beynəlxalq ədəbi mükafatına layiq görülüb.

Onun adı qalib kimi Çaçak şəhərinin Mırçayevçi qəsəbəsindəki şairlər məhəlləsinin girişində yerləşən bulağın yanındakı daş lövhəyə vurulub.

F.Hüseyn beş şeiri ilə qatıldığı ədəbi müsabiqənin indiyəqədərki ən gənc laureatıdır.

Azərbaycanlı şair həm də Semska Mitrovika - İmperatorluq şəhərinin fəxri vətəndaşı seçilib və bununla bağlı sənədi ona şəhər meri təqdim edib.

kulis.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!