Azərbaycanlı yazıçının romanı Türkiyədə çap edildi

 

Yazıçı Qalib Şəfahətin “Sandıq” romanı Türkiyədə “Karabağ sandığı” adı ilə nəşr olunub.

Roman "Asmaaltı" yayın evi tərəfindən çap edilib.

Romanı türkcəyə çevirən Abdulkadir Özkandır. “Karabağ sandığı” müəllifin Türkiyədə nəşr olunan üçüncü kitabıdır. Bundan əvvəl - 2017-ci ildə "Kırık   merdiven", 2021-ci ildə "Ölümle yüz-yüze" hekayələr kitabı yayımlanıb.  Kitab 218 səhifədir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!