Tbilisidə Azərbaycan və gürcü dillərində “Molla Pənah Vaqifin şeirləri” adlı kitab işıq üzü görüb
Kitab Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə çap olunub. Bu ideya-layihə kitabın tərcüməçisi və tərtibçisi Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Mirzə Məmmədoğluna məxsusdur. Redaktoru Rafiq Hümmətdir.
Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Molla Pənah Vaqifin anadan olmasının 300 ilik yubileyinin keçirilməsi haqqında" 12 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən çap olunub. Burada Vaqifin gürcü dilində nəşr olunan kitablarında, eləcə də jurnal və qəzetlərdə çap olunan şeirlərinə paralel olaraq onların orijinalı da yer alıb. Həmçinin gürcü dilində bu böyük şair barədə çap olunmuş məqalələr gürcü və Azərbaycan dillərində təqdim olunub. Kitabın tezliklə Tbilisidə və Bakıda təqdimatlarının keçirilməsi planlaşdırılır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!