AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri Nüşabə Araslının “Nizami Gəncəvi və türk ədəbiyyatı” kitabı işıq üzü görüb. Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 6 iyul 2021-ci il tarixli 5 saylı qərarı ilə çap olunub. AMEA-nın müxbir üzvü Nüşabə Araslının bu kitabı “Nizami Gəncəvi ili”nə həsr edilib.
Kitabın rəyçiləri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli və filologiya elmləri doktoru, professor İmamverdi Həmidovdur. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Mehdi Kazımovdur.
“Elm və təhsil” nəşriyyatında çap olunan kitab 462 səhifədir. Monoqrafiya giriş, dörd fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatdan ibarətdir. Kitabda türk folklorunun və Nizami Gəncəvi şeirlərinin bir-birinə qarşılıqlı təsirinin izləri tədqiq edilib. “Xəmsə” ənənələrinin türk epik poeziyasına və müasir müəlliflərin əsərlərinə təsir səviyyəsi araşdırılıb.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!