Xəyal Rza Serbiyada keçirilən iki ədəbiyyat festivalında ölkəmizi təmsil edir

 

Şair, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza Serbiyada iki ədəbiyyat festivalında ölkəmizi təmsil edir.

Festivallardan biri İnciya Beynəlxalq Poeziya Festivalı (İNDJIJA Pro Poet, 2021), digəri isə Serbiya Beynəlxalq Sənət və Ədəbiyyat​ Festivalıdır (LİTERA ARS PANEVECO, 2021). Birinci festival 6-9, digər isə 9-12 sentyabr tarixlərində baş tutacaq. Festivallar Belqrad, İnciya, Novi Sad və Paneveka şəhərlərində müxtəlif ölkələrdən 40-dan artıq yazarın iştirakı ilə keçirilir. İnciyada keçirilən festivalın ilk mükafatı serb yazıçı Lyubivoje Rsumoviçə veriləcək.

 
 

Festivalda iştirakçılarının əsərlərindən ibarət serb dilində kitab da oxuculara təqdim olunacaq. Qeyd edək ki, festivallara Çexiya, Böyük Britaniya, Rumıniya, İtaliya, İspaniya, İsrail, Rusiya, Macarıstan, Portuqaliya və sair ölkələrdən tanınmış yazarlar dəvət alıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!