Elnarə Akimova: Bu tədbirin hər il keçirilməsi şairin yaradıcılığını gündəmdə saxlayacaq

 

Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı çox əlamətdar hadisədir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri ədəbiyyat tariximizdə mühüm əhəmiyyət kəsb edir. Poeziya günləri çərçivəsində müxtəlif tədbirlər keçirildi. Şeir məclisləri təşkil olundu, musiqi dinlədik, şair və yazıçılarımız çıxışlar etdilər.

Bu barədə AZƏRTAC-a müsahibəsində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib.

O deyib: “Vaqif Poeziya Günləri çərçivəsində keçirilən simpoziumda Molla Pənah Vaqifin yaradıcılığına xüsusi yer ayrıldı. Şairin yaradıcılığının ədəbiyyata təsiri məsələləri müzakirə olundu.

Düşünürəm ki, Vaqif Poeziya Günlərinin ənənəvi olaraq hər il keçirilməsi şairin yaradıcılığını ədəbiyyatşünaslığımızın gündəmində saxlayacaq”.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!