Azərbaycanlı şair beynəlxalq poeziya müsabiqəsinin qalibi olub

 

Daşkənddə özbək dilində çap olunan “Kitob dunyasi” qəzetinin Özbəkistanın Dövlət müstəqilliyinin 30 illiyi ilə bağlı keçirdiyi beynəlxalq poeziya müsabiqəsinə yekun vurulub.

Azərbaycanlı şair Əkbər Qoşalı və vyetnamlı May Van Fan müsabiqənin qalibləri elan edilib.

Müsabiqənin münsiflər heyətinin tərkibində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da olub.

Qaliblərin şeirlərini özbək dilinə Raxmat Babajon və Mansur Jumayev tərcümə edib.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!