“Elçin.Yazıçının yaradıcılıq yolu” kitabı təqdim olunacaq - Ədəbi gündəm

Oktyabrın 26-da Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Milli Məclisin deputatı, Əməkdar Elm Xadimi, akademik Nizami Cəfərovun Xalq Yazıçısı Elçinin həyat və yaradıcılığına həsr olunmuş “Elçin. Yazıçının yaradıcılıq yolu” kitabının təqdimat mərasimi keçiriləcək.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi və kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və ictimai xadimlərinin iştirakı gözlənilir.

AZƏRTAC


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!