Azərbaycanlı yazıçı-jurnalist vəfat etdi

 

Salyanda yaşayan yazıçı-jurnalist Fəxrəddin Becan (Fərzəliyev) vəfat edib.

Qeyd edək ki, əslən Qərbi Azərbaycandan olan Fəxrəddin Fərzəliyev 1951-ci ildə Salyan rayonunun Xalac kəndində doğulub. O, əvvəlcə BDU-nun kimya, sonra isə jurnalistika fakültəsini bitirib. 1975-ci ildən Salyanda çıxan “Qələbə” qəzetinin şöbə müdiri, uzun illər isə redaktor müavini işləyib.

F.Fərzəliyev təqaüdə çıxmasına baxmayaraq, “Aysberq” müstəqil qəzetini çıxarırdı. O, 6 kitabın müəllifi, 50-dən çox kitabın redaktoru olub.

Allah rəhmət eləsin!

report.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!