“Dədə Ələsgər Ocağı" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyində Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimində şair, tərcüməçi Səlim Babullaoğlu, şair, tərcüməçi İmir Məmmədli, Gürcüstanın Azərbaycandakı Elçiliyinin nümayəndələri Georgi Buaçidze, Malxaz Xulordava, iqtisadçı Rüstəm Dastanoğlu, iş adamı Akif Nəbiyev, Ələsgərşünas alim Fəxrəddin Salim, şair Qılman İman, riyaziyyat elmləri doktoru Məhəbbət müəllim, riyaziyyatçı Maksim Şamil, professor Çingiz Abdullayev, tibb üzrə fəlsəfə doktoru, həkim Abbas Bağırov, şair, publisist Güllü Eldar Tomarlı, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, tədqiqatçı-yazar Məlahət İsmayılqızı, Rəşid Süleymanov və Aşıq Ələsgərin nəticəsi, "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərov çıxış edərək Aşıq Ələsgər irsinin zəngliyindən, gürcü dilində nəşr edilən şeirlər kitabının oxucularının rəğbətini qazanacağından, iki ölkə arasında dostluq münasibətlərinin inkişafına böyük töhfə verəcəyindən söhbət açıblar.
Kitabın “Ön söz” müəllifi Ələsgərşünas alim Fəxrəddin Salim, gürcü dilinə tərcümə edən tanınmış şair İmir Məmmədli, sponsor və ideya müəllifi Rüstəm Dastanoğludur.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!