“Ulduz”jurnalının iyul sayında - Anons

 

 “Ulduz”un iyul  sayı İntiqam Yaşarın “Özüylə söhbəti  və şeirləri”ylə  açılır.

“Nəsr”də  İlhamə Nasir, Günay Səma Şirvan, Nihat Pir, Ruslan Mollayevdir.

“Qısa fikirlər xəzinəsi” Cəlal Məmmədovun təqdimatında  dühaların qısa deyimlərini təqdim edir.

“Şeir vaxtı”nda Məlik Atilay, “Elegiya”da Elşad Baratdır.

“Tərcümə saatı”nda  ingilis yazıçısı Livelin Voqan Lidin  “Aşiq və Məşuq” əsərini Elmar Vüqarlı oxuculara təqdim edir.

“Tənqid”də filologiya elmləri doktoru Vaqif Yusifli “Aysellər”dən yazır.

“Türk eli”  Ziya Qaratəkinin şeirlərini, İmdat Avşarın “Şəkil və Qaşov” hekayəsini təqdim edir.

“Ulduz”un bu sayında Əlizadə Nuri, Nazim Əhmədli, Şahnaz Şahin, Nərgiz Məhərrəmzadə və  Aida Adıgözəlinin şeirlərini, Qalib Şəfahətin novellasını oxuya bilərsiniz.  

 “Reportaj”da Nadir Rzalı “Bir masa ədəbiyyat”ı təqdim edir.

Nurlana İşığın,  Mina Rəşidin yazıları da bu sayda yer alır.

“Tribuna”da Abid Tahirli “Mühacirət mətbuatı, Həsən bəy Zərdabi və “Əkinçi” haqqında” yazır.

“Dərgidə kitab”da Şəfa Vəlidir. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!