“Nərgizlə Nigarın nağılları” kitabı işıq üzü görüb

 

Azərbaycanın Xalq yazıçısı Hüseyn Abbaszadənin “Nərgizlə Nigarın nağılları” kitabı işıq üzü görüb.

Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

Uşaq auditoriyasının mütaliəsi üçün Azərbaycan, ingilis və rus dillərində ərsəyə gətirilmiş kitaba yazıçının sevimli nəvələri – Nərgiz və Nigar haqqında qələmə aldığı “Nərgiz və Nərgiz gülü”, “Babaya hədiyyə”, “Yeriyən yarpaqlar”, “Qumru quşunun balaları”, “Bir parça çörək”, “Meşədə”, “Nənə uşaq olanda”, “Ağaclar yanır”, “İlan”, “Ayı balası”, “Yolan və yalan” hekayələri daxil edilib.

Kitabın redaktoru Bəhlul Abbasovdur.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!