Vaqif Bayatlı Odərin yaradıcılığı Gürcüstan ədəbiyyat portalında

 

Gürcüstanın populyar “Axali saunce” (“Yeni xəzinə”) ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Vaqif Bayatlı Odərin gürcü dilinə tərcümə olunmuş “Dünya söndükcə, sən görünürsən, ilahi” şeirinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, şeirin tərcümə müəllifi şair-tərcüməçi İmir Məmmədlidir.

Qeyd edək ki, Gürcüstan Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən portal, əsasən dünya ədəbiyyatının yayını üzrə fəaliyyət göstərir. Oxucular portal vasitəsilə Çarlz Dikkens, Vladimir Mayakovski, Velimir Xlebnikov, Harold Pinter, Rolan Bart, Olqa Tokarçuk, İtalo Kalvino kimi dünya ədiblərinin əsərlərinin elektron versiyası ilə tanış olurlar.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!