Azərbaycan Yazıçılar Birliyində bir sıra kadr dəyişiklikləri baş verib. Bu barədə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidməti məlumat yayıb. Azərbaycan Yazıçılar Birliyinin XII Qurultayında Anar Birliyin sədri, Fikrət Qoca birinci katib, Çingiz Abdullayev, Arif Əmrahoğlu və Rəşad Məcid katib vəzifələrinə, Nazim İbrahimov müxtəlif təşkilatlarla əlaqə yaratmaq üçün təsis olunan sədrin müavini vəzifəsinə yekdilliklə seçiliblər. Qurultaydan keçən illər ərzində seçilmiş şəxslərdən üçü bizi tərk etdi – Fikrət Qoca, Nazim İbrahimov və Arif Əmrahoğlu. Allah hər üçünə rəhmət eləsin! Adətən Birinci katib katibliyin işinə cavabdehdir və sədr yerində olmayanda onu əvəz edir. Birliyin Birinci katibi vəzifəsi xalq yazıçısı Çingiz Abdullayevə həvalə olunub. Sədrin müavini vəzifəsinə Rəşad Məcid təyin olunub. İLqar Fəhmi, Elçin Hüseynbəyli və Səlim Babullaoğlu katib vəzifələrini icra edirlər. Belə ki, Azərbaycan Yazıçılar Birliyinin strukturunda heç bir dəyişiklik baş verməyib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!