Azərbaycanda yeni ədəbi müsabiqə start götürdü

Azərbaycanın mənəvi sərvətlərini təbliğ edən “Ədibin Evi” (XX əsr ədəbiyyatının klassiki Mir Cəlalın 1930-1940-cı illərdə yaşadığı ünvan) müasir Azərbaycan ədəbi prosesinin inkişafına təkan vermək məqsədilə Mir Cəlal adına hekayə müsabiqəsi

ELAN EDİR:

Qaydalar və şərtlər:

- Hekayənin həcmi 2000 (iki min) sözdən çox olmamalıdır;

- Hekayənin məzmunu və yazıldığı dil ilə bağlı məhdudiyyət yoxdur;

- Çap olunmuş hekayələr qəbul edilmir;

-Hekayələr elektron şəkildə [email protected] və ya poçtla Bakı, İçərişəhər, Kiçik Qala küçəsi 18 ünvanına 1 aprel 2018-ci il tarixinə qədər göndərilməlidir.

Mükafatlar:

I yer: 3000 Azn II yer: 2000 Azn III yer: 1000 Azn

                    (iki mükafat)             (üç mükafat)

Qaliblər Xalq Yazıçısı Elçinin sədrliyi ilə tanınmış yazıçı və tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və 2018-ci ilin aprel ayında, Mir Cəlalın 110 illik yubileyi ərəfəsində “Ədibin Evi”ndə keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.

Müsabiqənin davamlı olacağı nəzərdə tutulur.

Əlaqə: +99450 254 12 17 / [email protected] / Kiçik Qala küçəsi 18, İçərişəhər, Bakı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!