Leyla Əliyevanın kitabı Ukraynada nəşr olunub

 

Gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Свiт тане, як сон” (“Dünya yuxutək əriyir”) kitabı Kiyevdə nəşr olunub.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görmüş kitabın ukrain dilinə tərcüməçisi tanınmış Ukrayna şairi, mütərcimi, filoloq-alim Lesya Mudrak, redaktoru Taras Şevçenko Milli Mükafatı laureatı, yazıçı Qriqori Quseynovdur.

Kitabın dizayn tərtibində Leyla Əliyevanın müəllif rəsmlərindən istifadə olunub.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!