Elxan Zal Qaraxanlı “Bəxtiyar Vahabzadə” mükafatına layiq görüldü

 

Tanınmış şair, publisist və tərcüməçi Elxan Zal Qaraxanlıya ədəbiyyata xidmətlərinə görə və 60 illik yubileyi münasibəti ilə Azərbaycan Yazıçılar Birliyinin “Bəxtiyar Vahabzadə” mükafatı verilib.

AYB-də keçirilən tədbirdə mükafatı təqdim edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar yubliyarı təbrik edərək onun haqqında xoş fikirlərini, ürək sözlərini paylaşıb.

Qeyd edək ki, Xalq yazıçısı Anar Elxan Zal Qaraxanlının 60 illik yubileyi münasibətilə “Ədəbiyyat qəzeti”ndə təbrik məqaləsilə çıxış edib. 

 

AYB.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!