XI Beynəlxalq Şairlər Günü münasibətilə Xalq şairi Nigar Rəfibəyliyə həsr olunmuş onlayn tədbir təşkil edilib - FOTOLAR

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, AYB-nin Gəncə bölməsinin təşkilatçılığı, Gəncə Regional Mədəniyyət Mərkəzinin dəstəyi, Gəncə Mərkəzi Kitabxana Sisteminin iştirakı ilə Gəncədə ənənəvi 11-ci Beynəlxalq Şairlər Gününün Xalq şairi Nigar Rəfibəyliyə həsr olunmuş onlayn tədbiri keçirilib.

Tədbirdə AYB-nin sədri Xalq yazıçısı Anar, birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza, Gəncə Regional Mədəniyyət Mərkəzinin rəisi Vasif Cənnətov, şair və yazıçılar iştirak etmişlər.

Çıxışlarda N.Rəfibəylinin mənalı ömür yolundan və bənzərsiz yaradıcılığından söz açılıb.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!