“Nar bağı” nın uğurları davam edir: Asiya və Sakit okean hövzəsi ölkələrinin Kino Akademiyasının ( APSA) noyabr ayında keçiriləcək mükafat təqdimetmə mərasimində Azərbaycanı İlqar Nəcəf təmsil edəcək. Kinorejissor noyabr ayının 23-ü dünya kino sənayesində “Asiya Oskarı” kimi qəbul edilən təqdim etmə mərasiminə qatılacaq və təşkilatın tarixində ikinci dəfə təqdim edilən “Young Cinema Award” mükafatı ilə təltif olunacaq. Bu mükafat ilk və ya ikinci debüt filmlərinin müəlliflərinə verilir. Mükafata bu il təqdim edilən 298 filmdən 142-si debüt filmi olub. İlqar Nəcəcfin “Nar bağı” filmi məhz 142 debüt film içindən qalib seçilib.
İlqar Nəcəf artıq ikinci dəfədər ki , APSA –nın mükafatının qalibi olur. Onun quruluş verdiyi “Buta” filmi də Akademiyanın “Ən yaxşı uşaq filmi” nominasiyasının qalibi olub. O həmçinin qalib olaraq Asiya və Sakit okean hövzəsi ölkələri Kino Akademiyasının ( APSA) fəxri üzvüdür. 70 Asiya və Sakit Okean hövzəsi ölkələri Akademiyanın üzvləridir. Akademiyanın qalibləri arasında Əsgər Fərhadi, Nuri Bilgə Ceyhan, Zvyagintsev, Gokhan Tiryaki kimi nüfuzlu kino xadimləri var.
“Buta Film” kinno şirkətinin ”Azərbaycanfilm” kinostudiyasının Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkdiyi filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev Rövşən Kərimduxt və digərləri canlandırıblar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!