Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva “Antalya Diplomasi Forumu” çərçivəsində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyip Ərdoğana Fond tərəfindən Almaniyada nəşr etdirilən Türkiyənin görkəmli yazıçısı Ömər Seyfəttinin hekayələrindən ibarət ilk kitabını hədiyyə edib.
Kitab Türk ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Ömər Seyfəttinin 100-cü ildönümü münasibətilə yazıçının dəyərli sənət nümunələrini beynəlxalq aləmdə təbliğ etmək və zəngin bədii yaradıcılığını daha geniş auditoriyarla tanış etdirmək məqsədilə çap olunub.
Kitab özündə alman və türk dillərində yazıçının ən məşhur 10 hekayəsini ehtiva edir. Nəşr Almaniyanın və Avropanın digər ölkələrinin dövlət kitabxanalarına, məktəblərinə göndərilmişdir.
Kitabın ön sözünün müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır. Hekayələri alman dilindən türk dilinə tərcümə edən türkoloq K. Hermann Kiel, redaktor Almaniyada yaşayan yazıçı Orxan Arasdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!