Fərid Hüseynin şeirlər kitabı Moldovada çap olundu

 

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair, esseist Fərid Hüseynin Moldovada rumın dilində şeirlər kitabı çap olunub.

Edebiyyatqazeti.az xəbər verir ki, “Yaddaşın vəfa borcu” (“İnchinare memoriei”) adlı kitab “Quadrat” nəşriyyatında çap olunub və nəşrdə gənc şairin 100-ə qədər müxtəlif mövzulu şeirləri yer alıb. Kitabı rumın dilinə tanınmış şair, tərcüməçi Nikolay Spetaru tərcümə edib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!