“Ulduz” jurnalının may buraxılışı nəşr olunub

 

"Ulduz" jurnalın may nömrəsi Tural Adışirinin “Özüylə söhbət və şeirləri” yazısı ilə açılır.

Taleh Mansur Ağdamdan “Şükür qayıdış gününə!..” reportajını təqdim edir. İlqar Fəhmi böyük şairimiz Fikrət Qocanı “Göy kişnər, bulud ağlar...” essesiylə anır. “Yazı masası”da Xəyalə Zərrabqızının “Musa Dədə, nə gözəl üzlə döndün Tanrının qapısına!!!” adlı müsahibəsini oxuya bilərsiniz.

“Nəsr” bölümündə Çinarə Ömray, Günel Mehri, Elçin Hüseynbəyli, Tural Sahab, Təranə Vahid, Sadiq Qarayev və Həcər;

“Şeir vaxtı”nda Şamil Ənvəroğlu, Namiq Hacıheydərli, Xəyalə Sevil, Vaqif Bəhmənli, Zülfiyyə Yaqub və Hafiz Hacxalılın mətnlərini oxuya bilərsiniz.

“Qısa fikirlər xəzinəsi” Cəlal Məmmədovun təqdimatında dühalarının qısa fikirlərini təqdim edir. “Debüt”də Ülviyyə Qəhrəman və Günel Ağayevadır. Yazıçı Əlabbasın “Dərs” yazısı da “Ulduz”un bu nömrəsində yer alır.

“Elegiya”da Fuad Cəfərlinin Xalq şairi Fikrət Qocanın əziz xatirəsinə həsr etdiyi “Səsi uzaqlardan gələn adam” şeiri təqdim olunur.

Professor Buludxan Xəlilov “Dünyada əbədi olan bir şey vardir: məhəbbət!..” yazısını təqdim edir.

“Dərgidə kitab”da Ay Bəniz Əliyar “Xarıbülbül” əsəri ilə oxucuların görüşünə gəlib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!