Bu günlərdə tanınmış yazıçı Səyyad Aranın Moskvada "Ridora" nəşriyyatında "Доход Гейбуллы”(Qeybullanın gəliri) adlı hekayələr kitabı çap olunub.
Hekayələri rus dilinə tanınmış təcüməçi Püstə Axundova çevirib. Müxtəlif illərdə yazılmış hekayələr günümüzün reallığından bəhs edir.
Sovet imperiyasının çöküşündən sonra Azərbaycan insanın keçirdiyi hiss və həyəcanlar, yenilik və müstəqillik ritmlərinin oyatdığı sevinc və qürür düyğuları hekayələrdə təbii şəkildə üzə çıxır. Müasir həyatın nəbzi aydın, açıq hiss olunur. Əsərlərin dili, təkiyyəsi müasir oxucunu 20-ci əsrin sonunda baş verən hadisələrin iştirakçısına çevirir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!